09.12.2019

Nəticəsi zəif olan məktəblərdə monitoring testlərin keçirilməsi davam edir

   07 dekabr 2019-cu il tarixdə Astara Rayon Təhsil Şöbəsi yanında yaradılmış Təhsil Könüllüləri İcmasının dəstəyi ilə rayon üzrə nəticəsi zəif olan 23 məktəbin 7,8 və 9-cu sinifləri arasında Azərbaycan dili və riyaziyyat fənlərindən növbəti monitoring test imtahanı keçirilib. İmtahanda rayonun 23 məktəbindən 1870 şagird iştirak edib. Belə monitoringlərin hər təqvim ayında mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,  ,