09.12.2019

Gənclərə Peşəyönümlü təlimlər keçirilir

09 dekabr 2019 - cu il tarixində Astara şəhər 1 saylı tam orta və Artupa kənd tam orta məktəbində IX, X və XI sinif şagirdlərinin maarifləndirilməsi məqsədilə " Gənclərin Peşəyönümü Tərbiyəsinin təşkili " mövzusunda tədbir keçirilib. Tədbirdə Astara Rayon Təhsil Şöbəsinin məsləhətçisi Baloğlan Əliyev, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təlimçisi Sevinc Mirzəyeva, Astara rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Tofiq Cəfərov və  məktəbin pedaqoji kollektiv iştirak edib. Tədbirdə şagirdlərə video çarx nümayiş olunub və onların sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,