05.12.2019

Məktəblərarası pedaqoji əməkdaşlıq əlaqələri davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 05 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Astara Rayon Təhsil Şöbəsinin ümumtəhsil müəssisələri  ilə Lənkəran,Lerik, Masallı və Biləsuvar Rayon Təhsil Şöbələrinin ümumtəhsil müəssisələrinin pedaqoji əməkdaşlıq əlaqlərinə cəlb edilməsi barədə birgə əmr imzalanmışdır. Əmrə əsasən 05 dekabr 2019-cu il tarixində Masallı rayonun Təhsil Şöbəsinin müdir müavini, Hişkədərə kənd tam orta,Musaküçə kənd tam orta, Həsənli kənd tam orta və Sığıncaq kənd tam orta məktəbin pedaqoji heyəti Astara şəhər  3 və 7 saylı, Kijəbə qəsəbə tam orta və Çayoba kənd tam orta məktəblərinə gəlmiş, məktəblərin pedaqoji heyəti  ilə görüşüb,fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,  ,  ,