03.12.2019

Məktəblərarası pedaqoji əməkdaşlıq əlaqələri davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 05 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Astara Rayon Təhsil Şöbəsinin ümumtəhsil müəssisələri  ilə Lənkəran,Lerik, Masallı və Biləsuvar Rayon Təhsil Şöbələrinin ümumtəhsil müəssisələrinin pedaqoji əməkdaşlıq əlaqlərinə cəlb edilməsi barədə birgə əmr imzalanmışdır. Əmrə əsasən 03 dekabr 2019-cu il tarixində Lerik rayon Təhsil Şöbəsinin müdiri və Lerik şəhər 2 saylı tam orta məktəbin məktəbin pedaqoji heyəti Astara rayon Ərçivan qəsəbə  3 saylı tam orta məktəbinə gəlmiş, məktəbin pedaqoji heyəti  ilə görüşüb,fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,  ,  ,