02.12.2019

“Siniflərin idarə olunması” təliminə start verilib

30 noyabr 2019-cu il tarixində Şəhər 1 saylı tam orta, Şəhər 5 saylı tam orta, Ərçivan qəsəbə 2 saylı tam orta, Pensər kənd 2 saylı tam orta, Şahağac kənd 2 saylı tam orta, Təngərüd kənd tam orta, Artupa kənd tam orta məktəblərində ibtidai sinif müəllimləri üçün “İbtidai siniflərdə siniflərin idarə olunması” mövzüsunda təlimlərə start verilib.02 dekabr 2019-cu il tarixindən Kijəbə qəsəbə tam orta və Siyaku kənd tam orta məktəblərində də həmin mövzu ilə bağlı təlimlər başlanıb. Təlimlər 9 mərkəz və 10 qrup olunmaqla 250 nəfər ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,