30.11.2019

Imtahan nəticələri müzakirə olunub

19 oktyabr 2019-cu il tarixində Təhsil Texnologiyalar Mərkəzi tərəfindən rayonun ümumtəhsil müəssisələrinin IX sinflərində təhsil alan şagirdlər  arasında monitorinq test imtahanı keçirilmişdir. İmtahan nəticəsinə əsasən ümumtəhsil müəssisələri zonalara bölünüb və 30 noyabr 2019-cu il tarixində Astara Şəhər 1 saylı tam orta məktəbin akt zalında birinci zonaya daxil olan məktəblərin direktor və müavinləri, IX sinifdə tədris aparan Azərbaycan dili, Riyaziyyat və Xarici dil müəllimlərin iştirakı ilə iclas keçirilib. İclasda məktəblərin nəticələri təhlil olunub və müzakirə aparılıb.


Açar sözlər: ,  ,  ,