29.11.2019

Gənc müəllimlər arasında İntellektual oyun keçirilib

29 noyabr 2019-cu il tarixində Astara Gənclər Evində Rayon Təhsil Şöbəsi yanında Təhsil Könüllüləri İcmasının təşkilatçılığı ilə gənc müəllimlər arasında İntellektual oyun keçirilib. İntellektual oyun Astara rayon ümumtəhsil müəssisələrində çalışan yaşı 35-ə qədər olan 22 ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında baş tutub. Komandalar hərəsi 5 nəfərdən ibarət gənc müəllimlərdən təşkil olunub. Yarışda Astara şəhər 1 saylı tam orta, Kijəbə qəsəbə tam orta, Çayoba və Şaglazüzə kənd tam orta məktəblərinin gənc müəllimlərdən ibarət komandalar final turuna vəsiqə qazanıb. Final turu növbəti həftədə baş tutması gözlənilir.


Açar sözlər: ,  ,  ,