27.11.2019

Məktəblərarası pedaqoji əməkdaşlıq əlaqələri qurulur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 05 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Astara Rayon Təhsil Şöbəsinin ümumtəhsil müəssisələri  ilə Lənkəran,Lerik, Masallı və Biləsuvar Rayon Təhsil Şöbələrinin ümumtəhsil müəssisələrinin pedaqoji əməkdaşlıq əlaqlərinə cəlb edilməsi barədə birgə əmr imzalanmışdır. Əmrə əsasən Astara rayonun Siyakü kənd tam orta məktəbin pedaqoji heyəti Lənkəran rayon Yuxarı Nüvədi kənd tam orta məktəbi ilə, rayonun Təngərüd kənd tam orta məktəbin pedaqoji heyəti Masallı şəhər 5 saylı tam orta məktəbi ilə pedaqoji əməkdaşlıq əlaqələri qurub,fikir mübadiləsi aparıb.


Açar sözlər: ,  ,