21.11.2019

Gənc müəllimlərlə görüş keçirilib

21 noyabr 2019-cu il tarixində Astara şəhər 2 saylı tam orta məktəbin akt zalında rayonun ümumtəhsil müəssiələrində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə Astara rayon İcra başçısının müavini, rayon Təhsil Şöbəsinin müdiri, ATİAHİ-nin Astara rayon Komitəsinin sədri və son üç ildə rayonumuza təyinat almış gənc müəllimlər iştirak edib. Görüşdə gənc müəllimlərin təklifləri dinlənilib, tövsiyələr verilib. Sonda Təhsil Şöbəsinin gənc könüllü müəllimlərin iştirakı ilə çay süfrəsi arxasında diskussiya aparılıb.


Açar sözlər: ,  ,  ,