20.11.2019

Astara rayonunda müəllimləri üçün təlim kursları keçirilir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubuna əsasən 14-21 noyabr 2019-cu il tarixlərində Astara şəhər 5 saylı tam orta məktəbində “Riyaziyyat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri” həyata keçirilib. Təlimdə 22 nəfər riyaziyyat müəllimlərinin iştirakı təmin olunub. 6 (altı) günlük təlimdə riyaziyyat fənnindən buraxılış və qəbul imtahanlarında verilən situasiya tipli məsələlərin həlli müzakirə olunub.  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 sentyabr 2019-cu il tarixli 05-21-1076/13 №-li  məktubuna əsasən 11 noyabr 2019-cu il tarixindən Astara şəhər 2 saylı tam orta məktəbində İnformatika və İKT bacarığı olan digər fənn müəllimləri üçün İKT üzrə ixtisasartırma təlimləri keçirilib. Təlimdə 20 nəfər müəllim kursa cəlb olunub və təlimlər davam edir.


Açar sözlər: ,  ,  ,