19.11.2019

Plastik qablaşdırma tullantılarının ekoloji tarazlığı pozması ilə əlaqədar genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib

Plastik qablaşdırma tullantılarının ekoloji tarazlığı pozması ilə əlaqədar məktəblərdə silsilə tədbirlər keçirilib. Astara Şəhər 1, 2, 3, 5 saylı tam orta, Pensər kənd 2 saylı tam orta, Şahağac kənd 1, 2 saylı tam orta, Suparibağ kənd tam orta məktəblərində Plastik qablaşdırma tullantıları ilə bağlı dəyirmi masalar, seminarlar, açıq dərslər keçirilib. Plastik qablaşdırma tullantılarının ətraf mühitə olan mənfi təsiri barədə biologiya, kimya, həyat bilgisi fənlərindən ətraflı məlumat verilib.


Açar sözlər: ,  ,  ,  ,