19.11.2019

Ümumtəhsil pilləsində fənn kurikulumlarının tətbiqi ilə əlaqədar  kursu başa çatıb

Astara Rayon Təhsil Şöbəsinin yanında Təhsil Könüllüləri İcmasının təşkilatçılığı ilə dəvət olunmuş kurikulum üzrə təlimçi Gülər Hüseynovanın mentorluğu ilə 1 həftəlik təlim 17 noyabr 2019-cu il tarixdə başa çatıb. Təlim Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbinin akt zalında təşkil olunmuş, rayon ümumtəhsil məktəblərini əhatə edən müxtəlif ixtisaslı müəllimlərin iştirakı ilə keçirilib.Sonda iştirakçılara sertifikatlar təqdim edilib.