18.11.2019

Astarada “Voltran” Robototexnika sərgisi keçirilib

17 noyabr 2019-cu il tarixində Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbində Cənub bölgəsində ilk dəfə olaraq “Voltran” Robototexnika sərgisi keçirilib. Sərgidə Astara rayon İcra Hakimiyyəti başçısının müavini və əməkdaşları, Təhsil Şöbəsinin müdiri, ümumtəhsil məktəblərin rəhbərləri və müəllimləri, məktəbin pedaqoji işçiləri, valideynlər iştirak edib.Layihə rəhbəri Həbib Əlizadə layihə haqqında geniş məlumat verərək layihənin əsas məqsədinin rayon şagirdləri arasında robototexnika sahəsi üzrə bilik və bacarıqlar formalaşdırmaq və onlara dünya trendlərini çatdırmaq olduğunu bildirib. Astara rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev də “Voltran” Robototexnika layihəsi və dərslərin gedişatı ilə yerində tanış olmuş, tövsiyyələrini vermişdir.

 “AREA”-nın kouçu, “Voltran” layihəsinin baş təlimçisi Emin Bayramovun rəhbərliyi ilə şagirdlər robototexnika - lego yarışmaları keçirib.

Məlumat üçün bildirək ki, “Voltran Robototexnika üzrə yay məktəbi” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü Qrant müsabiqəsinin qalibi olmuş layihələrdəndir. Layihənin icrasına 21 avqustdan başlanıb və ümumilikdə layihəyə 6 məktəbdən 20 şagird seçilib. Layihə 21 noyabrda başa çatacaq.