13.11.2019

“Narkomaniyaya Yox Deyək” və “erkən nikahın fəsadları” mövzusunda tədbirlər davam etdirilir

13 noyabr 2019-cu il tarixində Astara rayon Hamoşam tam orta məktəbin akt zalında Rayon Polis Şöbəsi və Təhsil Şöbəsi ilə birgə tədbirlər planına əsasən “Narkomaniyaya yox deyək” və “erkən nigahın fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi, rayon Polis Şöbəsinin rəis müavini, rayon Təhsil Şöbəsinin əməkdaşı, Hamoşam sahə xəstəxanasının həkimi, rayon Ağsaqqalar şurasının sədri, Hamoşam və Toradi kənd tam orta məktəbin IX,X,XI sinif şagird və müəllimləri  iştirak ediblər. Tədbirdə çıxış edənlər narkomaniyanın və erkən nikahın törətdiyi fəsadlarından danışıb və daimi yaşadıqları ərazidə maarifləndirmə aparmaları barədə tövsiyə ediblib.


Açar sözlər: ,  ,  ,  ,