12.11.2019

“Ölkəmizi tanıyaq” tur aksiyasına start verildi

13-16 noyabr 2019-cu il tarixindən “Ölkəmizi tanıyaq” tur aksiyasına respublika ərazisində olduğu kimi Astaradan da start veriləcək. Aksiyada rayonun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edirlət. 12 noyabr 2019-cu il tarixində Astara Heydər Əliyev Mərkəzində şagirdlərin yola salma mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin  müavini, təhsil şöbəsinin əməkdaşları və valideynlər iştirak edib. “Qəbələ-Şəki-Zaqatala” istiqamətində hərəkət edəcək şagirdlər həmin ərazilərin görməli və tarixi yerləri ilə tanış olacaqlar.


Açar sözlər: ,  ,  ,  ,