12.11.2019

Nəticəsi zəif olan məktəblərdə monitorinq test keçirilib

          9 noyabr 2019-cu il tarixdə Astara Rayon Təhsil Şöbəsi yanında yaradılmış Təhsil Könüllüləri İcmasının dəstəyi ilə rayon üzrə nəticəsi zəif olan 21 məktəbin 7,8 və 9-cu sinifləri arasında Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq test imtahanı keçirilib. İmtahanda rayonun 21 məktəbindən 1600 şagird iştirak edib. Belə monitorinqlərin hər təqvim ayında mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,  ,