07.11.2019

“Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” silsilə tədbirlər davam edir

06 noyabr 2019-cu il tarixində Kijəbə və Artupa kənd tam orta məktəblərində “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” adlı tədbir keçirilib. Tədbirdə rayon Polis Şöbəsi və  Təhsil Şöbəsinin əməkdaşları və  zonanın ümumtəhsil  məktəblərin müəllimləri və şagirdləri iştirak ediblər. Polis Əməkdaşları yol hərəkəti ilə əlaqədar maarifləndirici məlumatlar veriblər. Həmiçinin şagirdlərin ifasında mövzu ilə bağlı səhnələr göstərilib və mahnılar səsləndirilib.


Açar sözlər: ,  ,  ,  ,