06.11.2019

“Voltran Robototexnika” layihəsi üzrə dərslər davam etdirilir.

21 avqust 2019-cu il tarixində Voltran Robototexnika üzrə yay məktəbi layihsənin açılış tədibir keçirlib və tədbirdən sonra seçim mərəhələsi baş tutub. Layihə eksperti Elmar Məmmədov Robototexnika barədə, layihə məsləhətçisi İxtiyar Hüseynli isə elektronika haqda geniş təqdimat ediblər. Ardınca seçim mərhələsi keçirilib və Astaranın müxtəlif məktəblərində oxuyan şagirdlər evdə hazırladıqları əl işlərini təqdim edib, müxtəlif sualları cavablandırdılar və müraciət edən şagirdlərin arasından ən yaxşı 20 nəfər iştirakçı müəyyənləşdirildi. Seçim mərhələsinə müraciət edən şagirdlər öz əl işlərini, ideyalarını təqdim ediblər. Ekspertlərin onlara əl işləri, internet, kompüter, robotlar, elektronika, məntiq və s. haqqında verdikləri suallarını cavablandırıblar.
11 sentybardan etibarən isə dərslər başlanılıb. Hazırda dərslər davam etdirilir. Şagirdlər legolar, 3d qələmlər, dronlar və s. Elektronika istifadəsini öyrənirlər


Açar sözlər: ,  ,  ,