29.10.2019

Məktəblilər arasında respublika çempionatının rayon mərhələsi davam edir.

29 oktyabr 2019-cu il tarixində Astara şəhər 2 saylı tam orta məktəbində məktəblilər arasında respublika çempionatının qızlar arasında voleybol üzrə rayonun final mərhələsi keçirilib.  Final mərhələsində zonalar üzrə qalib gəlmiş məktəblər iştirak edib. Sonda rayonun Şağlazüzə kənd tam orta məktəbin qızlar komandası I, Kijəbə qəsəbə tam orta məktəbi II, Şəhər 2 saylı tam orta məktəb III yerə qalib olublar.


Açar sözlər: ,  ,  ,