28.10.2019

“ Dünyəvi dövlətdə din və təhsil ” mövzusunda tədbir keçirilib.

28 oktyabr 2019-cu il tarixində saat 15:00-da Astara rayon Ərçivan qəsəbə 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Astara Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev,Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Sultanağa Baxşiyev, Ərçivan qəsəbə 1,2,3 və 4 nömrəli tam orta məktəblərinin rəhbər və müəllimləri iştirak edib. Tədbirdə “Dünyəvi dövlətdə din və təhsil” mövzusundə məruzə və çıxışlar dinlənilib,iştirakçıları maraqlandırılan suallara cavab verilib.


Açar sözlər: ,  ,  ,