25.10.2019

“Narkomaniyaya Yox Deyək” və “erkən nikahın fəsadları” adlı tədbir keçirilib.

25 oktyabr 2019-cu il tarixində Astara rayon Mədəniyyət Mərkəzində Rayon Polis Şöbəsi və Təhsil Şöbəsi ilə birgə tədbirlər planına əsasən “Narkomaniyaya yox deyək” və “erkən nigahın fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyəti Başçısının müavini, rayon Polis Şöbəsinin rəisi və əməkdaşları, rayon Təhsil Şöbəsinin müdir müavini və əməkdaşları, rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, rayon Gənclər və İdman İdarəsinin rəisi, rayon Veteranlar Təşkilatının sədri, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri və IX,X,XI sinif şagirdləri iştirak edib. Tədbirdə çıxış edənlər narkomaniyanın və erkən nikahın törətdiyi fəsadlarından danışılıb və daimi yaşadıqları ərazidə maarifləndirmə aparmaları barədə tövsiyə ediblib. Sonda mövzuya aid videofilimlərə baxılıb.


Açar sözlər: ,  ,  ,  ,