21.10.2019

Yazıçı Kamran Nəzirli ilə görüş keçirilib.

18 oktyabr 2019 - cu il tarixində Astara şəhər 1 saylı tam orta məktəbində məktəbin fəxri məzunu - azərbaycanlı yazıçı, tərcüməçi, 1998-ci ildən Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi mükafatı laureatı (1999), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatçısı (2011), Rəsul Rza mükafatı laureatı (2016), filologiya üzrə fəlsəfə doktoru (2004), 2018-ci ildə Ədəbiyyat üzrə "Humay" mükafatı laureatı - Kamran Nəzirli ilə məktəbin yuxarı sinif şagirdləri arasında görüş keçirilib.
Tədbirdə Millət vəkili, Ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov, məktəbin fəxri məzunu Muxtar Şiriyev, şairə Sakitə Ülvi, yazıçının ailə üzvləri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.
Səmimi görüş çərçivəsində təşkil olunmuş tədbirdə yazıçı haqqında maraqlı çıxışlar dinlənilib və şagirdlərin sualları Kamran Nəzirli tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,  ,