17.10.2019

“Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

17 oktyabr 2019-cu il tarixində Astara şəhər 3 saylı tam orta məktəbində  yetkinlik yaşına çatmayan IX, XI sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara Rayon Polis Şöbəsi, Astara Rayon Təhsil Şöbəsi, Astara rayon Mərkəzi Xəstəxanasının əməkdaşları və məktəb müəllimləri iştirak edib. Tədbirdə şagirdlərə narkomaniyanın törətdiyi fəsadlardan danışılıb, şagirdləri maraqlandıran suallara cavab verilib.


Açar sözlər: ,  ,  ,