04.10.2019

“Müəllim günü” qeyd olunub.

         4 oktyabr 2019-cu il tarixində Astara Heydər Əliyev Mərkəzində müəllimlər günü qeyd olunub. Tədbirdə Astara rayon İcra Hakimiyyəti başçısının müavini və məsul işçiləri, Astara rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları, rayon məktəblərinin direktorları, qabaqcıl və təqaüddə olan müəllimlər iştirak edib.       

        Tədbirdə Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə rayonun Pensər kənd 2 saylı tam orta məktəb-liseyin kimya müəllimi Zaman Salman oğlu Hüseynov  “Tərəqqi” medalı ilə, Azərbaycan Respublikası Təhsil Nazirin 04.10.2019-cu il tarixli K-1516 nömrəli əmri ilə rayonun Kijəbə qəsəbə tam orta məktəbin direktoru və ingilis dili müəllimi Rəsulova Təbrizə Hüseyn qızı və Astara rayon Təhsil Şöbəsinin metodisti,Siyakü kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə və Astara rayon Təhsil Şöbəsinin müdiri Həsənov Rəşad Vasif oğlu, Məmmədov Nazim Akif oğlu “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilməsi ilə əlaqədar iştirakçılar məlumatlandırılıb. Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən bir qrup gənc və qocaman müəllimlər “Müəllim günü” münasibəti ilə fəxri fərmanla təltif olunub.Sonda Heydər Əliyev Mərkəzində müəllim günü ilə bağlı təşkil olunmuş sərgiyə baxılıb.


Açar sözlər: ,  ,  ,