06.09.2019

Astara,Lənkəran və Lerik təhsil işçilərinin sentyabr konfransı.

Sentyabrın 6-da Astara rayon Mədəniyyət Mərkəzində Astara, Lənkəran və Lerik rayon təhsil işçilərinin sentyabr konfransının plenar müçavirəsi keçirilib. Plenar Müşavirədə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Mərasim Hacıyev , Astara,Lənkəran və Lerik rayon təhsil şöbə müdirləri və əməkdaşları, ümimi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak edib. Konfransda Astara, Lənkəran və Lerik rayon təhsil şöbə müdirlərinin 2018-2019-cu tədris ilinə dair hesabat məruzələri dinlənilib. 2019-2020-ci tədris ilinin əsas prioritetlərindən söz açan Aydın Əhmədov təhsil işçilərinə yeni dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzu edib.