27.07.2019

Nəsimi ilinə həsr olunan “Təhsil Avtobusu”un növbəti səfəri Astara olub.

25 iyul 2019-cu il tarixində Təhsil Nazirliyinin "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu – Nəsimi" Yay Məktəbi Astara rayonunda olub.

Açılış mərasimində layihə heyəti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bank, Astara Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edərək iştirakçılara uğurlar arzulayıb.

Bildirilib ki, "Təhsil Avtobusu – Nəsimi" Yay Məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

 Yay Məktəbində Astara şəhərinin Ərçivan 1, 2, 3, 4 saylı, Pensər kənd, Artupa kənd, Kakalos kənd, Şahağac kənd 1, 2 saylı, Şiyəkəran kənd 1 saylı, Suparibağ kənd, Alaşa kənd, Rüdəkənar kənd, Qapıçıməhəllə kənd, Seləkəran kənd məktəblərinin orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual  yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunub.


Açar sözlər: ,  ,  ,