20.07.2019

Astara rayon müəllimlərinin “Məktəb fəaliyyət qrupu” işini davam edir.

20 iyul 2019-cu il tarixində Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbində ingilis dili müəllimlərindən ibarət “Məktəb fəaliyyət qrupu”un təlimi keçirilib. Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin ali təhsilli ingilis dili müəllimi və Astara rayon Təhsil şöbəsinin könüllüsü Vəfa Nəzirovanın rəhbərliyi ilə yaradılan “Məktəb fəaliyyət qrupu”un məqsədi müəllimlərə mütəmadi olaraq təlim strategiyaları, dərs prosesinin düzgün təşkili və bu zaman yaranan problemlərin həlli yolları barədə müzakirə aparmaqdan ibarətdir.


Açar sözlər: ,  ,