16.07.2019

Respublika Pedaqoji mühazirələrinin yekunları barədə

 

Azərbaycan Respublikası Təhsil Nazirinin 14.08.2018-ci il tarixli, F- 550 nömrəli əmrinin icrası ilə bağlı 2 mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə Pedaqoji mühazirələr təşkil olunub.

Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək , qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilmişdir.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 3642 məruzə dinlənilmiş, onlardan 182-si respublika turuna təqdim olunmuşdur. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirilmiş,155 mühazirə yekun mərhələyə təqdim edilmişdir. Ümumilikdə ölkə mərhələsi üzrə 18 bölmədə 149 mühazirə dinlənilmişdir. Yekun mərhələdə 13 nəfər I , 18 nəfər II , 24 nəfər III dərəcəli diplomlara, 53 nəfər isə tərifnamə ilə təltif olunub.

Astara rayonu üzrə yekun mərhələdə 2 namizəd iştirak edib. Onlardan:

  1. Əlizadə Həbib Heybət oğlu – Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi – I dərəcəli diploma layiq görülüb.
  2. Atakişiyev Elçin Saleh oğlu – Astara rayonu Lovayin kənd tam orta məktəbinin tarix müəllimi – tərifnaməyə layiq görülüb.

Astara Rayon Təhsil Şöbəsi Pedaqoji mühazirələrin yekun mərhələsində iştirak edən bütün iştirakçılara, o cümlədən rayonumuzu təmsil edən müəllimlərə yeni uğurlar arzu edirik.

 


Açar sözlər: ,  ,  ,