10.07.2019

Dierktor vəzifəsinə işə qəbula start verilir.

Cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.Astara rayonu üzrə aşağıdakı vakansiyalar mövcuddur.

  1. Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəb
  2. F.Əliyarov adına Astara şəhər 6 saylı tsm ota məktəb
  3. Y.Ağayev adına Artupa kənd tam orta məktəb
  4. M.Abiyev adına Vaqo kənd tam orta məktəb
  5. T.Rüstəmov adına Miki kənd tam orta məktəb

Açar sözlər: ,  ,  ,