08.07.2019

Rayonun ümumtəhsil məktəbində “Yay məktəbi” keçirilir.

23 iyun 2019 –cu il tarixindən Astara rayonun Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbində yay məktəbi təşkil olunub. Məqsəd şagirdlərin yay müddətində daha maraqlı, səmərəli vaxt keçirməsi, kitablardan uzaq düşməməsi, bununla bərabər həm də əylənməsidir.

Məktəbin tarix müəllimi Həbib Əlizadənin könüllü təşəbbüsü və direktor Elnur Quliyevin rəhbərliyi ilə yay məktəbi keçirilib və digər müəllimlər də bu aksiyaya qoşulub. Yay məktəbi çərçivəsində şagirdlər üçün həftəiçi hər gün saat 17:00-dan 20:00-dək məktəb ərazisində bədii kitab oxuma, basketbol, voleybol, stolüstü tennis, xəritə-pazl, dama, velosiped və digər müxtəlif əyləncəli oyunlar təşkil edilir.


Açar sözlər: ,  ,  ,