02.07.2019

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb.

Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Astara rayon ümumtəhsil müəssisələrindən 2 şağirdimiz -  Fətəlizadə Mələk Cavid qızı Şağlazüzə kənd tam orta məktəbin VI sinif şagirdi – III yer və Kərimzadə Rumin Şamil oğlu Təngərüd kənd tam orta məktəbin VII sinif şagirdi – II yerə layiq görülüb. Hər iki iştirakçıya uğurlar arzu edirik.


Açar sözlər: ,  ,  ,