13.06.2019

LDU-da Pilot layihənin icrası ilə bağlı yekun konfrans keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihə”nin icrası ilə bağlı yekun konfrans keçirilib. Konfransda  Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və nazirliyin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev,LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, Lənkəran,Astara,Yardımlı RTŞ-nin müdiri və əməkdaşları, ümumtəhsil müəssisələrinin direktorları iştirak edib.

Pilot layihənin icrası Lənkəran Dövlət Universitetilə layihəyə qatılan Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında sıx elmi-pedaqoji əməkdaşlığın yaranmasına,metodiki və təlim metodlarının təkmilləşdirilməsinə,istedadlı şagirdlərin aşkarlanmasına imkan verib ,birgə fəaliyyət tərəflər üçün səmərəli olub.
Pilot layihənin yekunları barədə konfrans iştirakçılarını layihənin kordinatoru, LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov geniş məlumatlandırıb.

 Pilot layihənin tədbiq edildiyi hər 3 rayon üzrə son iki ildə respublika olimpiadalarına qatılan iştirakçıların sayı dəfələrlə artıb, onların nəticələri əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib.Məktəblərdə universitet müəllimləri tərəfindən ustad dərslərin keçirilməsi,məktəb müəllimlərinin açıq dərslərinin təşkili,kimya , biologiya,fizika, riyaziyyat fənləri üzrə gecələrdə praktik məşğələlərə geniş yer ayrılması səmərəli olub.Pilot layihə çərçivəsində görülmüş işlərin nəticələri barədə kitabın tərtib edilməsi isə imkan verir ki,qazanılan təcrübədən respublikanın digər ali və ümumtəhsil müəssisələri də yararlana bilsinlər.

Sonda konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanıb.