12.06.2019

Şagirdlərin peşə məktəbində peşəyönümlü əməkdaşlığı.

11 iyun 2019-cu il tarixində Astara rayon S.Vurğun adına Təngərüd kənd tam orta məktəbini cari ildə bitirən  bir qrup  məzunlar məktəb rəhbərliyi ilə birgə Lənkəran Peşə Liseyində olublar. Məqsəd buraxılış sinif şagirdlərinin peşəyönümünə düzgün istiqamətləndirmək və məzunların bu sahəyə marağını artırmaq olub.  Məzunlar Peşə Liseyində olan ixtisaslarla yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,