12.06.2019

“Qurtuluş günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

12 iyun 2019-cu il tarixində Astara rayon Olimpiya İdman Kompleksində ”Qurtuluş günü” münasibəti ilə  ümumrayon tədbiri keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Astara Rayon Təhsil Şöbəsi, Astara rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, KİV nümayəndələri, rayonun ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti  iştirak edib.Tədbir ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidəsinin ziyarət olunması ilə başlanıb.Daha sonra Astara dənizkənarı Park Bülvarda bayraq meydanına piyada yürüş təşkil olunub. Astara Rayon Olimpiya İdman Kompleksində tədbir davam etdirilib. Məruzə və çıxışlar dinlənildikdən sonra məktəblilərin ”Qurtuluş günü”nə həsr olunmuş çıxışları izlənilib.