11.06.2019

Məktəbdə Milli Qəhrəmanın xatirəsi anılıb.

11.06.2019-cu il tarixində Astara rayon Sərək kənd tam orta məktəbində məktəbin adını daşıyan Milli Qəhrəman Yalçın Nəsirovun xatirəsinə  həsr olunmuş tədbir keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi, Astara Rayon Təhsil Şöbəsinin əməkdaşları, SHXÇDX-nin Astara rayon şöbəsinin əməkdaşları, Milli Qəhrəmanın döyüş və sinif yoldaşları,məktəbin müəllimləri, valideynlər iştirak edib. Tədbirdə Milli Qəhrəmanın döyüş yolundan danışılıb, şagirdlərin şer parçaları dinlənilib və Milli Qəhrəmanın kəndə məzarı ziyarət olunub. Sonda Şagird və qonaqlar rayon mərkəzində Milli Qəhrəman Yalçın Nəsirovun abidəsi ziyarət olunub.


Açar sözlər: ,  ,  ,  ,