29.05.2019

Məktəblərdə “İnsan Hüquqaları günü ” qeyd ollunur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007 – ci il tarixli Sərəncamı ilə hər il iyunun 18 – i ölkədə “ İnsan Hüquqları günü “ kimi qeyd olunur.Rayonun ümumtəhsil müəssisələrində  «İnsan Hüquqları Aylığı» çərçivəsində silsilə tədbirlər keçirilir.May ayının sonuncu həftələri bütün məktəblərdə sinif saatlarında İnsan hüquqları və onun tərkib hissəsi olan Uşaq hüquqları haqqında şagirdlərə geniş məlumat verilir. 

 27 may 2019 – cu il tarixdə Astara şəhər 1 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “ Hər bir insan öz hüquqlarını bilməlidir “ adlı maarifləndirici tədbir keçirilib. Tədbirə DQİDK – nin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə , Astara RİH – nin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov,Astara RTŞ-nin məslətətçisi Elçin Mirzəzadə, məktəbin müəllimləri və qonaqlar iştirak edib. Məktəbin X sinif şagirdləri Vəfa Hüseynzadə, Aysel Məlikova, VIII sinif şagirdləri Rəsul Quliyev, Rəsul Hüseynzadə Uşaq Hüquqlar Konvensiyası, Konvensiyada olan maddələr haqqında məruzələrlə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,