31.05.2019

“31 May Ümumdünya Tütünlə Mübarizə Günü” münasibətilə tədbir keçirilib.

31 may 2019-cu il tarixdə Astara Gənclər Evində Astara Rayon İcra Hakimiyyəti , Astara Rayon Polis Şöbəsi, Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq “31 May Ümumdünya Tütünlə Mübarizə Günü” münasibətilə seminar¬-müşavirə, rəsm müsabiqəsi və rəsm sərgisi keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev iştirakçıları salamlamış, Ümumdünya Səhiyyə Təşkilatına üzv olan dövlətlərin təşəbbüsü ilə tütünün səbəb olduğu ölüm halları və xəstəliklər, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədi ilə 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edildiyini vurğulayıb. Tədbirin gedişatında Rayon Polis Şöbəsinin polis kapitanı Amal Rzayev və Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov,Kijəbə qəsəbə Sahə Xəstəxanasının həkim-laborantı Ulduzə Səfərova, Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Respublika Rəssamlar İttifaqının üzvü Firudin Quliyev, Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov çıxış edərək ölkə başçımız cənab İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılan gənclərlə iş sahəsindən, ölkəmizdə bu mövzu ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətində, tütünün törətdiyi xəstəliklərdən, tütünün zərərli tərkibindən, tənəffüz sisteminə, həzm sisteminə, ürək-damar sisteminə, sinir sisteminə vurduğu zərərlərdən geniş məlumat verilib.

Qeyd edək ki, tədbirin başlancığında Astara Rəsm Qalareyasının yeniyetmə rəssamlarının çəkdiyi rəsmlər nümayiş olunub. Müsabiqədə Hüseynzadə Ruhanənin, Axundzadə Əlirzanın, Ağacanova İlahənin çəkdiyi rəsm müvafiq olaraq I II və III yerlərə layiq görülərək, Rayon Gənclər və idman İdarəsinin diplomları ilə təltif olunmuş, həmçinin Astara Rəsm Qalareyasının Direktoru Naibə Musayevaya Rayon Gənclər və idman İdarəsinin fəxri fərmanı təqdim olunub.


Açar sözlər: ,  ,  ,