22.05.2019

“Nəsimi ili”nə həsr olunmuş bilik yarışının finalı keçirilib.

21.05.2019-cu il tarixində “Nəsimi ili”nə həsr olunmuş intellektual oyun üzrə 2019-cu ildə rayon məktəb çempionatının final mərhələsi keçirilib. Finalda M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta, Z. Bünyadov adına Astara şəhər 2 saylı tam orta, Z. Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta və S. Vurğun adına Təngərüd kənd tam orta məktəblərin komandaları yarışıb. Gərgin mübarizə şəraitində keçən yarışda M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin “Azər light” komandası birinci yeri tutduğuna görə 25.05.2019-cu il tarixində Masallı şəhərində keçiriləcək regional məktəb çempionatının zona yarışında iştirak edəcək. Qalib komandalar diplomlarla təltif olunub.


Açar sözlər: ,  ,  ,