20.05.2019

 V məktəblilərarası fənn müsabiqəsi keçirilib.

19 may 2019-cu il tarixində Astara şəhər 1 saylı tam orta məktəbində rayonun VI-VII sinif məktəblilər arasında ənənəvi olaraq fənn müsabiqəsi keçirilib. Müsabiqədə rayonun ümumtəhsil müəssisələrinindən olan 304 şagird iştirak edib. Fənn müsabiqəsinin keçirilməsinin əsas məqsədi akademik cəhətdən istedadlı olan şagirdlərin  aşkar olunması ,şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması,aşağı sinif şagirdlərinin müxtəlif fənlərin dərindən öyrənilməsinə marağının artırılması,onlarda məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinı cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.Fənn müsabiqəsi riyaziyyat, informatika, kimya, biologiya və fizika fənləri üzrə keçirilib.


Açar sözlər: ,  ,  ,