16.05.2019

“Nəsimi ili”nə  həsr olunmuş  intellektual bilik yarışı keçirilir. 

16.05.2019-cu il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.04.2019-cu il tarixli “Nəsimi ili”nə  həsr olunmuş  intellektual  oyun üzrə 2019-cu ildə regional məktəb çempionatının keçirilməsi barədə F-19 nömrəli əmrə uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin VIII-X sinifləri  arasında  2  zona olmaqla intellektual bilik yarışı keçirilib. Hər zonadan 2 komanda – Şəhər 1 saylı tam orta, Şəhər 2 saylı tam orta, Pensər kənd 2 saylı tam orta və Təngərüd kənd tam orta məktəbləri intellektual bilik yarışının final mərhələsinə vəsiqə qazanıblar.Qeyd edirik ki, rayon üzrə 1-ci yeri qazanacaq məktəb komandası 25 may 2019-cu il tarixində Masallı şəhərində keçiriləcək regional məktəb çempionatının zona yarışında iştirak edəcəkdir.


Açar sözlər: ,  ,  ,