15.05.2019

Yol hərəkəti ilə bağlı maarifləndirmə tədbirləri davam edir.

15 may 2019-cu il tarixində M.Ə.Sabir adına Astara şəhər 1 və şəhər 6 saylı tam orta məktəbində Astara Rayon Təhsil Şöbəsinin hazırladığı tədbirlər planıa uyğun “Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri, Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları, Astara Rayon Polis  Şöbəsinin Yol Xidməti bölməsinin rəisi və qonaqlar iştirak edib. Tədbirdə Astara Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəb şagirdlərinin hazırladığı səhnəciklər nümayiş etdirilib və maarifləndirici çıxışlar edilib.


Açar sözlər: ,  ,  ,