15.05.2019

Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi ilə bağlı psixoloqlarla görüş keçirilib.

14 may 2019-cu il tarixində M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbində ümumtəhsil müəssisələrində fəaliyyət göstərən Psixoloq və Uşaq Birliyi Təşkilat Rəhbərin iştirakı  ilə görüş keçirilib. Görüşdə Təhsil Nazirinin 13.05.2019-cu il tarixli , F-260 nömrəli əmrinə əsasən ümumtəhsil müəssisələrində tərbiyə işinin təşkili, sağlam mənəvi – psixoloji mühitin yaradəlması, məktəb-ailə münasibətlərinin tənzimlənməsi, təhsilalanların təhlükəsiz təhsil şəraitin təmin olunması sahəsində  müzakirələr aparılıb , məktəb psixoloqları və UBTR-nə tapşırıqlar verilib.


Açar sözlər: ,  ,  ,