08.05.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçısı.

07may 2019-cu il tarixində Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsi keçirilib.  Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli ömür və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək olub. Mükafatlandırma mərasimində M.Ə.Sabir adına Astara şəhər 1sayll tam orta məktəbin -X sinif şagirdi Məmmədova Zeynəb Cəmil qızı  Təhsil Naziri Ceyhun Bayramov tərəfindən fəxri fərmanla təltif edilib. Zeynəbi bu uğur münasibəti ilə səmimi qəlbdən təbrik edir, təhsilində və gələcək həyatında yeni-yeni uğurlar arzu edirik.


Açar sözlər: ,  ,  ,