07.05.2019

“Milli – mənəvi dəyərlər” mövzusunda sərgi keçirilib.

08.05.2019-cu ildə Astara rayonu Suparibağ kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “milli –mənəvi dəyərlər” mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Azad Həmkarlar İttifaqı Astara rayon komitəsinin sədri Cabir Hüseynov, Astara rayon Təhsil Şöbəsinin məsul işçiləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edib. İbtidai sinif şagirdlərinin vətənə aid şer parçaları dinlənilib  və şagirdlərin çəkdiyi əl işlərinə baxılıb. Tədbir çərçivəsində Astara RTŞ-nin müdiri Rəşad Həsənov məktəbin IX və XI sinif şagirdləri ilə görüşüb.


Açar sözlər: ,  ,  ,