06.05.2019

Astara şagirdlərinin  LDU – də pedaqoji əməkdaşlığı.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017 ci il tarixli əmrin icrası ilə əlaqədar olaraq rayonumuzun ümumtəhsil müəssisələri  LDU ilə pedaqoji əmkdaşlıq əlaqələri genişləndirməkdə davam edir. Astara rayonunun Y.Ağayev adına Artupa kənd tam orta məktəbinin müəllim və  yuxarı sinif şagirdləri Lənkəran Dövlət Universiteti ilə tanış olmaq məqsədilə LDU-da olub. Onlara Təbiyyat fakültəsinin kimya və biologiya fənlərinin tədrisi laboratoriyaları , ingilis dili mərkəzi , informatika tədris laboratoriyası ilə yaxından tanış olub və bir sıra dərslərlərin dinləmək imkanı yaradılıb. Görüş zamanı universitetin müəllimləri məktəbliləri maraqlandıran sualları cavablandırıb.


Açar sözlər: ,  ,  ,