27.04.2019

Könüllü müəllimlərimiz  TRASHTAĞ lahiyəsinə qoşulub.

27 aprel 2019-cu il tarixində Astara Rayon Təhsil Şöbəsinin gənc könüllü müəllimləri “rayonumuzu təmiz saxlayaq” devizi adı altında şənbə günü “trashtag-təmizlik” aksiyasını keçirib. Aksiyada könüllü müəllimlərimiz və məktəblərin könüllü şagirdləri iştirak edərək rayonun xəzər sahili ərazisini tulantılardan təmizləyib. Könüllülərimiz bu aksiyanı təşkil edərək həm ətraf mühitin təmizliyini, həm də cəmiyyətə müsbət mesaj verməklə,hamını təmizlik aksiyalarında aktiv olmağa çağırıblar. Müntəzəm olaraq belə aksiyalarımız davam edəcək. Astara Rayon Təhsil Şöbəsi tərəfindən gənc könüllülərimizə təşəkkür edirik. 


Açar sözlər: ,  ,  ,