26.04.2019

İdman oyunlarında şagirdlərin uğurları.

25 aprel 2019-cu il tarixində Bakı şəhərində Yeniyetmələrin XII Respublika oyunlarının proqramına daxil olan atletika idman oyunları keçirilib. Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin X sinfin şagirdlərindən ibarət yeniyetmələr də  komanda şəklində Respublika  birinciliyində iştirak edib. Respublika birinciliyində Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin komandası  III yerə layiq görülüb.      


Açar sözlər: ,  ,  ,  ,