18.04.2019

Təhsil Nazirinin 14.08.2019-cu il tarixli F-550 nömrəli əmri uğurla icra olunur.

“Ümumi təhsil sahəsində 2018-2019-cu tədris ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası Təhsil Nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə əlaqədar Astara Rayon  Mədəniyyət Mərkəzində  18.04.2019-cu il tarixində konfrans keçirilib.  Konfransda Astara Rayon Təhsil Şöbəsinin  əməkdaşları, rayonun ümumtəhsil müəssisələrin rəhbərləri, qabaqcıl və istedadlı şagirdləri iştirak edib. Konfransda Təhsil Nazirinin  14.08.2019-cu il tarixli F-550 nömrəli əmrin 2.6 ; 2.7 və 6.4-cü bəndlərin icrası ilə bağlı ətraflı məlumat verilib.”Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova və Z.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb- liseyin direktoru Faiq Həsənovun məruzələri dinlənilib, şagirdlərin mahnıları və təqdimatları dinlənilib, sərgilənmiş rəsm əsərlərinə baxılıb, şeirlər səsləndirilib. Sonda nominasiyalar üzrə qalib gəlmiş şagirdlərə diplomlar verilib.


Açar sözlər: ,  ,  ,