16.04.2019

Lənkəran Dövlət Universiteti  ilə pedaqoji əməkdaşlıq davam edir.

16 aprel 2019-cu il tarixində C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbində rayonun və LDU-nun kimya müəllimlərinin təşkilatçılığı ilə “kimya gecəsi” keçirilib. Tədbirdə Astara RTŞ-nin əməkdaşları, rayonun Pensər kənd 1,2 ; Şahağac kənd 1,2; Şiyəkəran kənd 1,2 saylı tam orta və Bala şahağac kənd ümumi orta məktəbləri,rayon məktəblərinin kimya müəllimləri iştirak ediblər. “Ümumi və ali təhsil müəssisəsi üzrə pilot layihənin tətbiqi barədə” Təhsil Nazirinin 2017-ci il 27 noyabr tarixli əmrinin icrası uğurla davam etdirilir.


Açar sözlər: ,  ,  ,  ,