16.04.2019

“Psixi sağlamlığımızı qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib.

     16 aprel 2019-cu il tarixində Asara rayonu Heydər Əliyev Mərkəzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib.  Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Astara Rayon Təhsil Şöbəsi, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri və Psixoloqları, rayonun loqopedə ehtiyacı  olan şagirdlər və onların valideynləri iştirak edib. Konfransdan sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzin mütəxəssisləri tərəfindən nitq qüsuru olan uşaqlara və onların valideynlərinə təmənnasız psixoloji yardım göstərilib.


Açar sözlər: ,  ,  ,